Gömrükdə bəyan edilməyən avtomobil mühərrikləri və dərmanlar aşkar edilib
Sosial
31.05.2024 18:58
Dövlət
Gömrük Komitəsi (DGK) tərəfindən güclü təsir edən maddə, avtomobil ehtiyat hissələri,
dərman vasitələri aşkar edilib.
Bu barədə TodayPress
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata
görə, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi əməkdaşlarının həyata
keçirdiyi tədbirlər nəticəsində “Samur” gömrük postunun idxal nəzarət xəttində
yük nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 140 kapsul “Tramadol
50mg” və 25 ampul “Tramadol”, həmçinin “LADA” markalı avtomobillərə aid 85 ədəd
ehtiyat hissəsi və 90 ədəd mühərrik aşkar edilib.
Digər iki nəqliyyat
vasitəsindən isə gömrük orqanlarına bəyan olunmayan 19 adda 320 ədəd kosmetik
vasitələr, 24 000 ədəd siqaret, 24 adda 3523 qutu dərman vasitəsi aşkar olunub.
Qeyd edək
ki, tramadol “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli
miqdarlarının siyahısı”na daxildir.
tag: Gömrük ,Dərman ,Mühərrik ,Bəyan ,todaypress.az,