Gömrük postunda saxta aksiz markası və nişanlar aşkar edildi

Sosial

06.02.2025 19:30

2065

Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyədən idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik üçün 30 000 ədəd, 0,75 litrlik üçün 125 000 ədəd, 0,5 litrlik üçün 55 000 ədəd, 0,25 litrlik üçün 290 000 ədəd olmaqla, cəmi 500 000 ədəd saxta aksiz markası və 49 900 ədəd nişanlar (QR kodlar) aşkar olunaraq götürülüb.

tag: Bakı ,Baş Gömrük İdarəsi,İpək yolu,Türkiyə,todaypress.az,