Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə veriləcək

Sosial

27.02.2025 19:20

2565

Sabahdan Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Bu barədə TodayPress-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

tag: Gəncə,Şuşa,Avtobus,Səfər,Todaypress.az,