Gəncədə qaz balonu partladı, xəsarət alanlar var
Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.
TodayPress xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsindəki fərdi evdə qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə ,Qaz,Balon,Partlama,Xəsarət,todaypress.az,