Gəncədə qanunsuz tikintinin qarşısı alındı
Sosial
22.06.2024 12:10
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən TodayPress-ə verilən xəbərə görə, bu çərçivədə, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
tag: Qanunsuz, Tikili, FHN, Gəncə,Tədbir, todaypress.az,