Gəncədə qadını şantaj etməkdə ittiham olunan şəxs saxlanıldı

Sosial

19.10.2024 11:10

1426

Gəncə şəhər sakini olan qadın şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin onu şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan TodayPress-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

tag: Gəncə, Polis, Araşdırma,DİN, Tədbir, todaypress.az,