Gəncədə küçədə bıçaqlanan şəxsin son durumu açıqlandı - RƏSMİ

Sosial

22.03.2025 11:46

1755

Gəncədə 31 yaşlı Kəlbəcər sakini bıçaqlanıb, dərhal xəstəxanaya yerləşdirilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub: 

“Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

Qeyd edək ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Töhfə Səməd 

tag: Gəncə,Bıçaqlanma,Xəstəxana,Cərrahiyyə ,todaypress.az,