Gəncədə kişi balta və armaturla həyat yoldaşını ölümcül döydü
Gəncədə kişi balta və armaturla həyat
yoldaşına ölümcül xəsarətlər yetirib.
TodayPress
”
Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata
görə, Abdıyev Elxan Vaqif oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Abdıyeva
Humay Gəray qızına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a
qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və
dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif
nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan
Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq
dəfələrlə divara çırpıb.
O,
həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd
olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək
sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına
şübhələr yaradır.
Humay
Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına
yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün
Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda
Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
tag: Balta, Gəncə, İşgəncə, Döymək, Xəstəxana, Həbs, todaypress.az,