Gəncədə evdə qaz balonu partladıı, xəsarət alanlar var
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
TodayPress
xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış
evlərinin birində qeydə alınıb.
Belə
ki, 1966-cı il təvəllüdlü A.Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü
A.Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər
iki xəstəyə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata
görə ana və övladı yaşadıqları evdə qaz balonun partlaması nəticəsində yanıq
xəsarətləri alıb.
Faktla
bağlı araşdırma aparılır.
tag: Gəncə , Avtozavod, Qaz, Balon, Partlayış, todaypress.az,