Gəncədə döl ölü doğuldu - RƏSMİ

Sosial

09.03.2025 13:45

2289

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.


xxx


12:45


Gəncədə iki körpə ölümü qeydə alınıb.

TodayPress xəbər verir ki, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.

Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu, ananın 4-cü doğuşu olub.

Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.

tag: Gəncə,Perinatal,Xəstəxana,Doğum,Ölüm,todaypress.az,