Gəncədə dayı bacısı oğlunu bıçaqladı

Sosial

11.02.2025 05:34

1310

Gəncədə qohumlar arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

TodayPress-in məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki Kəlbəcər rayon sakini, 1988-ci il təvəllüdlü R.Novruzlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 37 yaşlı kişi əməliyyat edilib. Məlumata görə, R.Novruzlu dayısı tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Mübahisə, Gülüstan, Bıçaqlanma, todaypress.az,