Gəncədə baş verən partlayışda ölənlərin kimliyi məlum oldu
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.
TodayPress xəbər verir ki, partlayış nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub.
Onlara yerləşdirildikləri xəstəxanada tibbi yardım göstərilib.
Partlayışla əlaqədar Fövqəladə Hallarb Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
tag: Hadisə, Əməliyyat, Araşdırma,Gəncə ,Partlayış, todaypress.az,