Gəncədə avtomobil piyadanı vuraraq öldürdü
Sosial
15.01.2025 21:41
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.
TodayPress xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai
prospektində qeydə alınıb.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Ruslan
Məmmədovu vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Tibbi
yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə, Qəza, Xətai, Ölüm, Avtomobil, todaypress.az,