Gəncədə avtomobil piyadanı vuraraq öldürdü

Sosial

25.02.2025 01:43

762

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

TodayPress xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, Gəncə şəhərində fəaliyyət göstərən ali məktəblərin birinin tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Avtomobil, Ölüm, Qəza, Xəstəxana, todaypress.az,