Gəncədə avtobus parkı layihələndirilir

Sosial

28.01.2025 10:28

"BakuBus" MMC ötən ilin may ayından sərnişin daşımağa başladığı Gəncə şəhərində avtobus parkının layihələndirilməsinə başlayıb. 

TodayPress xəbər verir ki,  bu barədə şirkətdən bildirilib.  

Məlumata görə, layihələndirməni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək.

Bu işin 240 min manata başa gələcəyi gözlənilir.

tag: Sərnişin,BakuBus,Layihə,Gəncə,Todaypress.az,