Gəncədə 4 yaşlı uşağın ölüm səbəbi açıqlandı - RƏSMİ
Gəncə şəhərində 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib.
"Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunub" deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırıma aparılır.
Töhfə Səməd
tag: TƏBİB,Azyaşlı,Gəncə,Ölüm,Todaypress.az,