Gəncədə 32 yaşlı kişi intihar etdi

Sosial

25.03.2025 12:08

1839

Gəncədə intihar hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü V. İsmayılov yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

32 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

(APA)

tag: Gəncə,Hadisə,Kişi,İntihar,Todaypress.az,