Gəncədə 26 yaşlı oğlan bıçaqlandı

Sosial

05.04.2025 16:40

1392

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

TodayPress xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin yaxınlığında qeydə alınıb. 

1999-cu il təvəllüdlü S.Bayramov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun siqaret üstündə düşən mübahisə nəticəsində bıçaqlandığı qeyd edilib. 

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə,Bıçaqlanma,Gənc,Siqaret,Todaypress.az,