Gələn həftə Azərbaycana yaz fəsli daxil olur

Sosial

14.03.2025 16:44

2765

Gələn həftə - martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

Bu barədə TodayPress-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək.

Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək.

Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

tag: Yaz,Fəsil,BDU,Məlumat,Todaypress.az,