Gədəbəyin Qızılca meşəbəyliyində yanğın oldu
Fövqəladə Hallar
Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızılca
meşəbəyliyində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub.
Nazirlikdən TodayPress
-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb
olunub.
Yanğınsöndürənlər
tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş
sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın
nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəl yanıb, meşə yanğından
mühafizə olunub.
Qeyd edək ki,
yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə
Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.
tag: FHN, Yanğın, Gədəbəy, Meşə, Ekologiya,todaypress.az,