Gədəbəydə "Tofaş" aşdı: yaralılar var

Sosial

14.02.2025 22:54

2678

Gədəbəydə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

TodayPress xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "TOFAŞ" markalı minik maşını yoldan çıxaraq aşıb.

 

Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

tag: Gədəbəy, Qəza, TOFAŞ, Yaralı, Xəsarət, todaypress.az,