Gecə ərzində ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu

Sosial

21.03.2025 11:26

1625

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

tag: Azərbaycan Ordusu, Müdafiə Nazirlyi,Mövqe,Atəş,todaypress.az,