Fuad Nağıyev: “Ölkəmizin sağlamlıq turizmi potensialı olduqca genişdir”
"Qarabağ və Şərqi Zəngəzurda zəngin sağlamlıq turizmi potensialı mövcuddur"
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bildirib.
Onun sözlərinə görə, bu baxımdan, Kəlbəcər və Laçının balneoloji imkanları xüsusilə seçilir:
"Ötən ay Şuşa şəhərində sağlamlıq turizminin inkişafı ilə bağlı mövcud trendlərin müzakirə edildiyi, eyni zamanda bu xidmətləri təqdim edən müəssisələrin tanıdılması məqsədilə geniş bir tədbir keçirmişik. Hesab edirəm ki, kifayət qədər uğurlu tədbir alındı və bundan sonra da bu növ tədbirlər davamlı olaraq təşkil ediləcək. Ümumiyyətlə, ilboyu iştirak edilən bütün beynəlxalq tədbirlərdə, sərgilərdə Azərbaycanın sağlamlıq turizm imkanlarının tanıdılması davam etdirilir".
O, qeyd edib ki, ölkəmizin sağlamlıq turizmi potensialı olduqca genişdir. Ancaq bu potensialın səmərəli istifadəsi sistemli yanaşma tələb edir:
"Bu mənada idarəetmənin effektivliyi, kadr potensialı, sağlamlıq turizmi müəssisələrində xidmət keyfiyyətinin qaldırılması, dövlət-özəl əməkdaşlığı kimi faktorlar olduqca əhəmiyyətlidir. Biz öz tərəfimizdən daim dəstək göstərməyə hazırıq. İnanıram ki, bu kimi tədbirlər və müzakirələr ölkəmizin səhiyyə və sağlamlıq sisteminin inkişafına öz töhfəsini verəcək".
Günəş Mərd
tag: sağlamlıq ,Turizm, Potensial, Əməkdaşlıq, Fuad Nağıyev, todaypress.az,