“Formula 1” günahkarları məhkəməyə çağırıldı
“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.
TodayPress xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.
Onlardan biri mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. O, həmin dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.
Namiq HUN
tag: Formula 1, Bakı, Azad Rəhimov, İstintaq, Cinayət, todaypress.az,