FHN: 27 yanğına çıxış olub

Sosial

30.01.2025 09:50

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Bu barədə TodayPress-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.  Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib.

tag: FHN,Hadisə,Yanğın,Ərazi,Todaypress.az,