Fevral ayının pensiyaları ödənildi

Sosial

25.02.2025 17:40

1402

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.

TodayPress xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

tag: DSMF,Sosial,Pensiya,Bakı,Sumqayıt,Abşeron,todaypress.az,