Fərid Qayıbov: “Gənclərin inkişafı üçün işlər görülməlidir”
“Bizim imkanlarımız var ki, gənclərin inkişaf etdirilməsi üçün böyük addımlar ataq. Burada beynəlxalq təşkilatlarla əməkdaşlıq, düşərgələrin təşkili daxildir”.
TodayPress xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov 4-cü Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
Onun sözlərinə görə, “Yerli” layihəsi 6 müxtəlif rayonda baş tutub və 200-dən artıq gənc iştirak edib. Xüsusi ekspertlər onlara 3 ay müddətində təlimlər keçib. Onlardan bir çoxu artıq özlərinə iş tapa bilib. Bu isə həm gənclərin inkişafına, həm də məşğulluğa öz töhfələrini verir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil edilir.
Töhfə Səməd
tag: Beynəlxalq, Düşərgə ,Təşkil, Fərid Qayıbov, todaypress.az,