Fazil Mustafa: “Mina terrorundan əziyyət çəkənlərə sığorta mexanizmləri müəyyən edilməlidir”

Sosial

24.10.2024 10:57

“Mina terroruna görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Bu reallaşdırılsa, dünya üçün də nümunə olar”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var:

“Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır".

Qeyd edək ki, dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən ANAMA, Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  “YAŞAT” fondu, Ombudsman Aparatı, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak və çıxış edirlər.

Töhfə Səməd

tag: Fazil Mustafa, ANAMA, Mina, QHT, Terror,Sığorta, todaypress.az,