Evdə yanğın baş verdi, 2 nəfər xilas edildi

Sosial

09.02.2025 10:15

841

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin girişində quraşdırılan elektrik lövhəsindəki qoruyucu açarlar və dolab 5 m² sahədə yanıb.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər ev sakini xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Bakı,Xətai,Fövqəladə Hallar Nazirliyi,Yanğın,todaypress.az,