Evdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edildi

Sosial

25.06.2024 10:22

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən TodayPress-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.

tag: FHN, Bakı, Nərimanov Rayonu, Nazirlik, Xilas, todaypress.az,