Ev satmaq adı ilə 40 min manatı ələ keçirdi - FOTO

Sosial

19.10.2024 15:00

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 min manatını ələ keçirib.

R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

tag: Şirvan, Polis, DİN, Qanunsuz, Əməliyyat, todaypress.az,

photo