Ev mühitində loqopedik dəstək mövzusunda təlim təşkil olundu

Sosial

01.05.2025 10:58

16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən faydalanan əlilliyi olan uşaqların valideynləri üçün daha bir təlim təşkil edilib.   

Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.

“Ev mühitində loqopedik dəstək” mövzusuna həsr olunan görüşdə valideynlərə uşaqların nitq inkişafına ev şəraitində necə dəstək ola biləcəkləri barədə məlumatlar verilib, loqopedik məşqlər və nitq stimullaşdırıcı üsullar barədə təqdimat edilib.   

Çıxışlarda uşaqlarda nitq inkişafı ləngiməsinə səbəb olan əsas risk faktorları, gec danışma və ya danışmama hallarında müasir reabilitasiya yanaşmaları ilə inkişaf etdirilə biləcək bacarıqlardan danışılıb.   

Təlim müzakirələr və sualların cavablandırılması ilə yekunlaşıb.

tag: ƏƏSMN,Təlim,Maarifləndirici,Loqopedik,Todaypress.az,