Əsas yol kəsişmələrindən birində işıqforun yaşıl işığının müddəti artırıldı

Sosial

21.04.2025 16:56

8

Bakıda əsas yol kəsişmələrindən birində işıqforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırıb.

Bu barədə TodayPress-ə DİN-in NİİM-dən məlumat verilib.

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində işıqforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub.

Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olub.   

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə apardıqları təhlillər nəticəsində kəsişmədə olan işıqforun vaxt planında dəyişiklik edilərək, qurğunun yaşıl işığın müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb.

Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.

tag: DİN,NİİM,İşıqfor,Vaxt,Todaypress.az,