Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
Sosial
11.10.2024 01:13
Ermənistanın Gəncədə
törətdiyi növbəti terrordan 4 il ötür.
TodayPress-in məlumatına görə, 11
oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı
Qüvvələri Gəncədə daha bir terror törədib.
Hərbi əməliyyatlar
zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən
"Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki
ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın
ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak
olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Vətən müharibəsi
dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5
dəfə raket və ağır artilleriya ilə hücum edilib.
Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
tag: Gəncə, Terror, Ermənistan, Raket, todaypress.az,