Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
Sosial
04.10.2024 00:10
İkinci Qarabağ müharibəsi dövründə Gəncə
şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz
qalmasından 4 il ötür.
TodayPress xəbər verir ki, 2020-ci ilin oktyabrın 4-də
səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən
böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı
ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ
bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin
bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32
mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və
qədim tarixi tikililərə də ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə
Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4,
5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26
nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur
obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
tag: Gəncə,Terror, Ermənistan, Şəhid, todaypress.az,