Ən çox qar yağan ərazilər açıqlandı
Ən çox qar yağan ərazilər açıqlanıb.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.
tag: Qar,Ərazi,Milli Hidrometeorologiya Xidməti,Hava, Atmosfer, Temperatur,Todaypress.az,