Əmək pensiyalarının təyin edilməsi ilə bağlı dəyişiklik

Sosial

21.02.2025 15:38

2502

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib.

TodayPress xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılacaq.

tag: Əmək pensiyaları,Baş nazir,Əli Əsədov,Hesablanma,todaypress.az,