Elşad Miri QƏZƏBLƏNDİ: “Həmin uşaqlar heç Xameneini tanımırlar”

Sosial

22.04.2025 17:30

14

“Həmin uşaqlar bəlkə də Əli Xameneinin kim olduğunu, bunu nəyə görə etdiklərini bilmirlər”.

İlahiyyatçı Elşad Miri bu sözləri sosial şəbəklərdə azərbaycanlı uşaqların İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin doğum gününü qeyd etməsi ilə bağlı yayılan görüntülər barədə TodayPress-ə danışarkən deyib.

O bildirib ki, uşaqları sözügedən əmələ sövq edənlər çox güman ki, onların valideynləridir:

“Bu hərəkət valideynlərin özlərini başqalarına Xameneini nə qədər sevdiklərini göstərmələri ilə əlaqəlidir. Belə halların qarşısının alınamsı üçün yeganə çarə düzgün şəkildə maarifləndirmə işi aparmaqdır”.

Qeyd edək ki, sosial şəbəklərdə azərbaycanlı uşaqların İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin doğum gününü qeyd etməsi ilə bağlı görüntülər yayılıb. 

Qiymət Mahir

tag: Elşad Miri,İlahiyyatçı,Azərbaycan,İran,Xamenei,Todaypress.az,