Əlinizdəki təhlükəyə diqqət edin - Beyin funksiyalarını pozur
Sosial
10.06.2024 07:03
Türkiyənin tanınmış Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi Aşkın Esen Hastürk, ağıllı telefonların telefonlarının həddindən artıq istifadəsi ilə bağlı həyəcan təbili çaldı.
TodayPress NTV Haber-ə istinadla xəbər verir ki, professor Aşkın Esen Hastürk verdiyi açıqlamada gənclərdə və orta yaş qrup insanlarda mobil telefondan istifadənin asılılıq səviyyəsinə çatdığını bildirib.
Həyatı asanlaşdıran ağıllı telefonların insan sağlamlığında ciddi problemlər yaratdığını ifadə edən Hastürk, "Eyni pozisiyada təkrarlanan əl, bilək və dirsək hərəkətlərinin asılılıq səviyyəsinə qədər davam etməsi, oynaqda sərtləşmə, kalsifikasiya və iltihab səbəbiylə sinir toxumasında təzyiq və zədələnməyə səbəb olur” deyə bildirib.
Mobil telefonların həddindən artıq istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinin mümkün olduğunu vurğulayan Hastürk burada ən əhəmiyyətli müalicənin asılılığın dərəcəsini azaltmaq olduğunu bildirib.
Ağır hallarda cərrahi müdaxilə lazım olduğunu bildirən. Hastürk, "Mobil telefonlarından xüsusilə iş və ya sosial mühitlərdə istifadə beyin funksiyalarına da təsir edir. Artıq bir çox araşdırmalar bunu sübut edib. Onun təsiri xüsusilə psixo-sosial dediyimiz stress, gərginlik, yuxusuzluq, baş ağrıları və diqqət dağınıqlığı halları müşaiyət olunur. Bəzi xoşxassəli beyin şişlərinə təsiri hələ də müzakirə edilməkdədir. Radiotezlik dediyimiz qulaqlıqların istifadə dərəcəsi artdıqca bu cür funksiyaların tezliyi, xüsusilə də gənclərdə stress, gərginlik, baş ağrıları və diqqət pozğunluqlarını da artırır” deyə vurğulayıb.
GÜNEL
tag: Mobil telefon, Beyin cərrahı,Psixo-sosial, Stress, todaypress.az,