“Əlçatan metro” xidməti genişlənir
Sosial
23.01.2025 11:20
İnklüzivliyin təmin edilməsi baxımından əlil arabası ilə hərəkət edənlərə, bir sözlə, metrodan istifadə imkanları məhdud olanlara təklif edilən “Əlçatan metro” xidməti ildən-ilə genişlənir.
TodayPress xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, 2019-cu ildən indiyədək ilk dəfə ötən il bu kateqoriyalardan olan 1000-dən artıq –1310 sərnişin daşınıb.
tag: Bakı Metropoliteni,Kateqoriya,Sərnişin,Daşınma,Todaypress.az,