“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 43 % artdı
Sosial
28.01.2025 12:35
Ötən il “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən 1 310 sərnişin istifadə edib.
TodayPress xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 43 % çoxdur.
Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilər.
tag: Bakı Metropoliteni,QSC,Əlçatan metro,todaypress.az,