Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yarandı
Sosial
22.10.2024 10:40
"Hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb".
TodayPress xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O, qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur. Arabir qısamüddətli leysan xarakterli yağış yağacaq.
Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
tag: Yağış, Hava, Bakı, Temperatur, Abşeron, todaypress.az,