Əhalinin 91 faizi Prezident İlham Əliyevdən məmnundur - SORĞU
Sosial
22.08.2024 13:18
Əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir.
TodayPress xəbər verir ki, Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll”un təşkili üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan İtaliyanın “SWG SPA” şirkəti 15 iyul-15 avqust tarixlərində seçkiöncəsi vəziyyətlə əlaqədar yerli respondentlər arasında sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, 81 faiz iştirakçı ölkə başçısının idarəçiliyini qətiyyətli şəkildə, 10 faizi müəyyən dərəcədə dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib.
Sorğu iştirakçılarının 4 faizi cavab verməkdən yayınıblar.
tag: Əhali, Sorğu, Prezident, İlham Əliyev, Parlament Seçkiləri, todaypress.az,