Əfqanıstan vətəndaşı Astarada ölüb
Sosial
26.05.2024 15:09
Astaraya qonaq gedən Əfqanıstan vətəndaşı ölüb. TodayPress xəbər verir ki, hadisə Astara rayonun Pəlikeş kəndində baş verib.
Əfqanıstan İslam Respublikasının vətəndaşı 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi həmin kəndə qonaq gedib. Hələlik məlum olmayan səbəblərdən o, qonaq olduğu ünvanda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Məlumata görə, Mohammad Rasul Fahimi Pəlikeş kənddən olan xanımla evlənibmiş və Bakı şəhərində yaşayırdı.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
tag: hadisə, todaypress.az, xəbər,