Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirildi

Sosial

28.04.2025 16:47

6

Aprelin 28-də Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası baş tutub. 

Bu barədə TodayPress-ə Nazirlikdən məlumat verilib.

İclasda İctimai şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, şuraya sədrin, sədr müavinin və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib. 

Çingiz Qənizadə İctimai şuranın sədri, Əmir Əliyev sədin müavini, Mətanət Əsgərova isə şuranın katibi seçilib.

İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsi aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

tag: Ədliyyə Nazirliyi,İctimai Şura,İclas,Tərkib,Todaypress.az,