DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Sosial
24.07.2024 19:50
Hava şəraiti ilə əlaqədar Baş
Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
TodayPress xəbər verir
ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya
Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal
edilir.
Baş Dövlət Yol Polisi İdarəsi
verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların
qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yolarda diqqətli
olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və
meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, kifayət qədər
ara məsafəsi saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə
saxlamağı xahiş edir.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".
tag: DYP,Müraciət, Hava şəraiti, Hava, todaypress.az,