DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Novruz bayramı ilə əlaqədar ölkə yollarında
nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir. Əhalinin
bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi
məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi
yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.
Bu
haqda TodayPress-ə DYP-dən bildirilib.
Qeyd
olunub ki, bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon
mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda
nəzarət tədbirləri gücləndiriləcək:
“Baş
Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol
hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülərə
uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları,
yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.
Bayram
günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat
vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq
tövsiyə olunur”.
Baş
DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir
və yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.
tag: DYP,Novruz Bayramı, Nəqliyyat, Yol Polisi, todaypress.az,