DYP Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Sosial
10.12.2024 21:06
Baş Dövlət Yol Polisi İdarəsinin
Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
TodayPress xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun
Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə
edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də
artırır.
Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və
digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı
üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava
şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq
cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik
qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün
qabaqlayıcı tədbirlər görməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət
üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını
bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da
artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını
xahiş edir".
tag: Yol, Duman, DYP, Bakı-Şamaxı, Qobustan, todaypress.az,