Dünya üçün təhlükə: Elektron tullantıların miqdarı kəskin artır
Sosial
09.11.2024 12:25
2030-cu ilə qədər süni intellekt texnologiyalarının sürətli inkişafı səbəbindən elektron tullantıların miqdarı 2,5 milyon tona çata bilər.
TodayPress-in xarici mediaya
istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, yeni texnoloji modellərinin
sürətli inkişafı və bu modellərin daim yenilənməsi getdikcə daha çox aparat və
çiplərə ehtiyac yaradır.
Bu, hər il milyardlarla ton
elektron tullantıların yaranmasına gətirib çıxarır.
Elektron tullantıların ümumi
miqdarının 2030-cu ilə qədər 30 faiz artaraq 82 milyon tona çatacağı gözlənilir.
Tədqiqatçılar bu artımın mənfi təsirlərini azaltmaq üçün dairəvi iqtisadiyyat
strategiyalarının vacibliyinə diqqət çəkirlər. Bu strategiyalarla süni
intellekt tərəfindən yaradılan elektron tullantıları 86%-ə qədər azaltmaq olar.
tag: Ekologiya,Elektron tullantı,Süni intellekt,İqtisadiyyat, todaypress.az,