Dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azaldı - FOTO

Sosial

10.03.2025 10:34

1760

Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb. 

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Görünüş məsafəsi azalan yollar:

1. Zığ dairəsi- Hava Limanı yolu;

2. Heydər Əliyev prospekti;

3. Yusif Səfərov küçəsi;

4. Aeroport şosesi;

5. Ziya Bunyadov prospekti.

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

tag: DİN,Sürücülər,Xəbərdarlıq,Duman,Görüş,Məsafə,Todaypress.az,